“Qalatasaray”dan ayrılır
10.01.2025 , 20:31
“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Mərakeşli oyunçunun xidmətində “Əl-Fateh” maraqlıdır.
Klub rəsmiləri Super Liqa nəhəngi ilə danışıqları davam etdirir.