“Qalatasaray”dan ayrılır
09.09.2024 , 21:21
Ötən mövsümü “Konyaspor”da icarə əsasında çıxış edən Aleksandru Cicaldau “Qalatasaray”dan ayrılmağa hazırlaşır.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, oyunçunun Rumıniyanın “Universitatea Craiova” klubu ilə anlaşdığı bildirilib.
Transferin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
“Qalatasaray”la 2026-cı ilə qədər müqaviləsi olan 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Konyaspor”la 32 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Cicaldaunun cari bazar dəyəri 3 milyon avro olaraq göstərilir.