“Qalatasaray”dan ayrılır
05.08.2024 , 23:00

“Vesterlo”nun yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, klub “Qalatasaray”da çıxış edən Aleksandru Cicaldau üçün rəsmi təklif edib.
Xəbərə görə, Belçika klubu futbolçunun maaşının müəyyən hissəsini qarşılayıb, heyətinə qatmaq istəyir.
Hələlik razılıq əldə olunmasa da, “Vesterlo” ilə “Qalatasaray” arasında danışıqların davam etdiyi bildirilib.
“Qalatasaray”da ümumilikdə 41 matça çıxan Cicaldau 5 qol vurub, 4 məhsuldar ötürmə edib. 27 yaşlı on nömrənin müqaviləsi 2026-cı ildə başa çatacaq.
