“Qalatasaray”dan ayrılıq qərarı
17.07.2024 , 10:36

“Qalatasaray” Leo Dübua ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, “sarı-qırmızılar” fransalı futbolçunu göndərəcək.
Türkiyə nəhəngi oyunçu ilə müqaviləni vaxtından əvvəl ləğv etmək istəyir.
Dübua ayrılıq qərarından sonra özü üçün klub axtarışlarına başlayıb.
29 yaşlı Leo Dübuanın “Qalatasaray”la hazırkı müqaviləsi gələn ilə qədərdir.
