“Qalatasaray”dan ayrılan yarımmüdafiəçi “Konyaspor”da
06.01.2026 , 13:00
“Qalatasaray”dan ayrılan yarımmüdafiəçi Berkan Kutlu “Konyaspor”la anlaşıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 27 yaşlı futbolçu ilə “6 ay + 1 il” şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, Berkan karyerası ərzində “Sion”, “Alanyaspor” və “Cenoa”da da çıxış edib.