“Qalatasaray”dan ayrılan Adəmin yeni klubu məlum oldu
10.09.2020 , 20:40

“Qalatasaray”la yollarını ayıran Adem Büyükün yeni komandası müəyyənləşib.
Korner.az xəbər verir ki, 33 yaşlı hücumçu sabiq klubu “Yeni Malatyaspor”a qayıdıb.
Bu barədə Super Liqa təmssilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
