“Qalatasaray”dan ayrılacaq – Yeni klubu da artıq məlumdur
31.05.2023 , 16:44

Super Liqaya yüksələn “Samsunspor” yeni mövsümün ilk transferini etməyə hazırlaşır.
Korner.az xəbər verir ki, klub “Qalatasaray”la müqaviləsi başa çatacaq Okan Koçuku heyətinə cəlb etməyi fikirləşir.
Bununla bağlı “Samsunspor”un prezidenti transfer iddiasını təsdiqləyib.
Klub rəsmisi onunla danışıqların olduğunu etiraf edib.
