“Qalatasaray”dan “Ayntraxt”a
04.02.2025 , 11:00

“Qalatasaray” futbolçusu Mişi Batşuayini “Ayntraxt”a satıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa təmsilçisi belçikalı hücumçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalayıb.
Almaniya klubu 23 yaşlı oyunçu üçün İstanbul nəhənginə 3 milyon + 500 min avro ödəyəcək.
