“Qalatasaray” Arda Turandan əl çəkmək istəmir.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Sarı-Qırmızılar” Arda Turan üçün “Atletiko”ya digər türk futbolçu Burak Yılmazı təklif edib.
Madrid təmsilçisi “Qalatasaray”dan Burak Yılmaz və əlavə olaraq 5 milyon avro tələb edib. Bu təkliflə razılaşmayan “cimbom” rəhbərliyi, yaxın günlərdə Arda üçün son təklifini etməyə hazırlaşır.
