“Qalatasaray”dan Adriano üçün rəsmi təklif
23.01.2019 , 13:32

“Spartak”ın hücumçusu Luis Adriano karyerasını Türkiyədə davam etdirə bilər.
“Qalatasaray” braziliyalı futbolçu üçün Moskva klubuna rəsmi təklif göndərib. “Sarı-qırmızılılar” 31 yaşlı forvard üçün ruslara 6 milyon avro təklif edib. Premyer Liqa təmsilçisi isə türklərdən 10 milyon avro istəyir.
2017-ci ildən “Spartak”da çıxış edən Adriano ilə “Beşiktaş” da maraqlanır. Təcrübəli futbolçu bu mövsüm Rusiya çempionatında 14 oyuna 4 qol vurub.
