“Qalatasaray”dan ABŞ klubuna
22.01.2025 , 18:30

“Qalatasaray”ın futbolçusu Vilfred Zaha ABŞ klubuna keçib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı vingeri “Şarlott”a icarəyə verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Zaha 2025-ci ilin sonuna kimi MLS təmsilçisində çıxış edəcək.
