“Qalatasaray” klubunda istefalar artmaqdadı.
Korner.az-ın məlumatına görə, yeni rəhbərlik klubda kütləvi ixtisarlar aparıb. Klubun xərclərini azaltmaq üçün 75 işçi istefaya göndərilib. Onların əksəriyyətinin yaşı 65 və ya daha çoxdur.
İstanbul klubunun yolları ayırdığı işçilərdən biri də 2000-ci ildə “Qalatasaray” UEFA kubokunu qazanan zaman baş məşqçi Fatih Terimin köməkçisi olan Bülent Ünderdir.
