Türkiyə Super Liqa komandalarından olan “Qalatasaray” klubunun həkimi Yener İnce zədəli olan futbolçuların son vəziyyətləri haqqında məlumat verib.
Korner.az-ın məlumatına görə, həkim öz açıqlamalarında bildirib: “ Sneydr, Şeccu, Eren Derdiyok və De Yonqun zədələri yoxdur. Bu futbolçular onlar üçün hazırlanmış xüsusi proqram çərçivəsində çalışırlar. Həftə sonu keçiriləcək matçda oynaya bilərlər. Podolski, Tolqa Ciyərci və Sinan Gümüş “Aytemiz Alanyaspor”la keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcəklər. Onların müalicələri davam edir. Podolski isə Yanvar ayının 4-dən komandaya qoşulacaq”.
