“Qalatasaray”da yeni qapıçı
20.02.2024 , 10:18

“Mançester Yunayted”in qapıçısı Altay Bayındır karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Korner.az-ın məlumatına görə, türkiyəli qapıçı “Qalatasaray”ın maraq dairəsindədi. “Cim-bom”un artıq qapıçı ilə anlaşdığı bildirilir.
25 yaşlı futbolçu hazırda “Mançester Yunayted”də forma geyinir və onun klubla müqaviləsi 2027-ci ilə kimidi.
