“Qalatasaray”da “Union”la oyun öncəsi 6 itki
24.11.2025 , 19:41
“Qalatasaray” Çempionlar Liqasında “Union”la matçdan əvvəl son məşqini tamamlayıb.
Korner.az xəbər verir ki, komandanın bugünkü hazırlığında altı futbolçu iştirak etməyib. Viktor Osimhen, Mario Lemina, Vilfrid Sinqo, Yunus Akgün, Berkan Kutlu və Kaan Ayhan məşqi buraxan oyunçular olub.
Osimhenin zədə səbəbindən zalda fərdi proqram üzərində çalışdığı vurğulanıb.
Eyni zamanda, mərc qalmaqalıyla əlaqədar cəzalı duruma düşən Eren Elmalı ilə bağlı klubun UEFA-ya müraciət etdiyi, lakin hələlik mənfi cavab aldığı bildirilib. Buna baxmayaraq, futbolçu son məşqdə komanda ilə birgə yer alıb.
Qeyd edək ki, qarşılaşma noyabrın 25-də “Ali Sami Yen” stadionunda keçiriləcək.