"Qalatasaray" transferində sona yaxınlaşdığı Aleks Telles də problemlə üzləşib.
Korner.az-ın "Vatan"a istinadən verdiyi məlumata görə, "Cim Bom" və "Qremio" arasında ödəmə planında anlaşılmazlıq yaranıb.
"Sarı qırmızılılar" futbolçunun transfer məbləğini Braziliya klubuna maya qədər ödəmək niyyətindədi, lakin "sambaçılar" ödənişin nəğd olunmasının tərəfdarıdı.
Məsələnin tezliklə həllini tapacağı gözlənilir.
