“Qalatasaray”ın yeni baş məşqçisi Çezera Prandelli sürpriz bir qərara imza atıb.
Korner.az xəbər verir ki, italyan çalışdırıcı avqustun 19-da “Roma” ilə baş tutacaq yoldaşlıq oyununu ləğv etdirib.
Qeyd edək ki, təcrübəli mütəxəssisin İtaliyaya getmək istəməməsinin səbəbi mundialdakı uğursuz çıxışı göstərilir.
