“Qalatasaray”da Fernando Muslera şoku yaşanır.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sağ ayağının baş barmağı qırılan Muslera ən az 1 ay oynayacaq.
Bu isə onun ÇL-in 4-cü turunda “Kopenhagen” və Super Liqadakı “Fənərbağça” matçlarında oynamayacağı anlamına gəlir.
Qeyd edək ki, “Konyaspor”la son oyunda zədələnən Uesli Sneyder də “Kopenhagen”lə oyunu buraxmalı olacaq.
