“Qalatasaray”ın futbolçusu Həmid Altıntop yenidən zədələnib.
Korner.az-ın məlumatına görə, bu xəbər türk mediasını zəbt edib.
Uzun fasilədən sonra sağalaraq məşqlərə başlayan türkiyəli futbolçu növbəti dəfə sıradan çıxıb.
Komandanın dünənki məşqində iştirak edən Altıntop ikili mübarizə zaman ayağına zərbə alıb. Ağrılar içində qalan futbolçuya ilkin tibbi yardım göstərildikdən sonra onu xəstəxanaya çatdırıblar.
Ayağında sınıq aşkar edilən 33 yaşlı futbolçunun mövsümü erkən başa vurduğu bildirilir.
