Derbidə qırmızı kart görən Melodan başqa Selçuk İnanın da cəzalanacağı gözlənilir.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qırmızı vərəqə epizodunda yaşanan qarışıqlıqda Selçukun "Beşiktaş"ın futbolçusu Ramon Mottanın boğazından yapışdığı kameralara düşüb.
Matçın hakimi Fırat Aydınusun bunu öz raportunda qeyd etdiyi bildirilib.