İstanbul nəhəngi "Qalatasaray"dan daha bir futbolçu göndərilib.
Korner.az-ın məlumatına görə, əcnəbi kontenjanın boşalmasını istəyən "Sarı-qırmızılı"lı rəhbərlik mərakeşlik futbolçu Nordin Amrabatı "Malaqa"ya kiralayıb.
Qeyd edək ki, 2012-ci ildən "Qalatasaray"da çıxış edən futbolçu 33 oyunda 1 qol vurmağı bacarıb.
