“Qalatasaray”da Muslera şoku
15.06.2020 , 18:58

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera uzun müddətə sıradan çıxıb.
O, Super Liqanın XXVII turunda səfərdə “Rizəspor”la oyunda rəqib futbolçu Milan Şkoda ilə toqquşaraq iki yerdən ayağını sındırıb.
Zədələnən qolkiper dərhal xəstəxanaya aparılıb. Ayağında iki qırıq aşkarlanan 33 yaşlı qapıçı azı 6 ay yaşıl meydanlardan kənar qalacaq.
