Mançini və Fatih Terimin gedişinin ardından “cim bom”un prezidenti Ünal Aysal ehtiyatlı davranmağa başlayıb.
Korner.az xəbər verir ki, o, bu dəfə Prandelli ilə olan müqaviləyə tək tərəfli müqavilənin ləğvi maddəsini qoymayıb. Bununla da baş məşqçinin klubdan gözlənilməz gedişinin qarşısını almağa nail olub.
Qeyd edək ki, italyan mütəxəssislə müqavilə 2016-cı ilə qədər davam edəcək.
