“Qalatasaray”da itkilər
11.12.2024 , 18:19
“Qalatasaray” Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Malmö” ilə matça itkilərlə çıxacaq.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin oyunçuları – Barış Alper Yılmaz, Viktor Osimhen, Mauro İkardi, Kaan Ayhan, İsmayıl Yakobs və Yusuf Dəmir zədəli olduğu üçün heyətdə yer almayıblar.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.