Türkiyənin “Qalatasaray” klubu ciddi itkilərə məruz qalıb.
Korner.az-ın məlumatına görə, bu xəbər goal.com saytında yer alıb. İstanbul nəhənginin iki futbolçusu Sabri Sarıoğlu və Hamit Altıntop zədələnib.
Sabri Türkiyə Superliqasının 18-ci turunda “Bursaspor”la qarşılaşmada sıradan çıxıb. Hamit isə məşq zamanı əzələsini dartıb. Futbolçuların yaşıl meydanlar nə vaxt qayıdacağı bəlli deyil.
