Türkiyənin "Qalatasaray" klubunda işlər yolunda getmir.
Korner.az-ın məlumatına görə, klub bu mövsüm liqada çempionluq mübarizəsindən kənarda qalıb.
Avropa Liqasında da "Latsio"ya uduzan "aslanlar"ın ümidi təkcə Türkiyə Kubokuna qalıb. Baş məşqçi Mustafa Dənizli problemlərin səbəbkarı kimi futbolçuları günahlandırır. O "Latsio" ilə matçdan (1:3) sonraki mətbuat konfransında açıq şəkildə öz futbolçularını tənqid etmişdi. "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı futbolçuların oyunlara saymazyana yanaşdığını, top komandanın oyunçularının belə davranmalı olmadığını demişdi.
Komandanın hollandiyalı futbolçusu Uesli Sneyder isə Mustafa Denizlinin iş sistemini bəyənmir. Onun fikrincə kluba gələn yerli məşqçi türk futbolçulara hökm edə bilmir. Buna görə də, rəhbərliyə mütləq xarici baş məşqçinin lazım olduğunu deyib.
