“Qalatasaray” klubu daha bir ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, bu dəfə komandanın yarımmüdafiəçisi Səlçuk İnan zədələnib.
Komandanın son məşqində zədələnən İnan meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. O, superliqanın 27-ci turunda “Eskişehirspor”la keçiriləcək oyunda meydana çıxmayacaq.
