“Qalatasaray”da ciddi itki – “Brügge” ilə matçı buraxacaq
25.11.2019 , 21:04
Türkiyə çempionu “Qalatasaray” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı “Brügge” ilə oyuna ciddi itkilərlə çıxacaq.
Korner.az xəbər verir ki, İstanbul klubunun hücumçusu Rayan Babel də bu görüşdə forma geyinə bilməyəcək.
Bu barədə “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim məlumat verib. Onun sözlərinə görə, Babel Hollandiya millisinin düşərgəsindən gələndə dizində şiş olub. Həkimlərin səyi nəticəsində o, Super Liqanın 12-ci turu çərçivəsində “Başakşəhər”lə oyunda meydanda olub. Lakin vəziyyəti daha da ağırlaşan futbolçunun “Brügge” ilə matçda iştirakı mümkünsüz hesab olunur.
Sabah keçiriləcək “Qalatasaray” – “Brügge” matçına saat 21:55-də start veriləcək.