“Qalatasaray”da ciddi itki
21.04.2025 , 13:49

“Qalatasaray” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin oyunçusu Alvaro Morata zədələnib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İspaniyalı futbolçunun son durumuna MRT-dən sonra aydınlıq gələcək.
Bu mövsüm “Qalatasaray”ın heyətində 10 matçda meydana çıxan Morata 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
