“Qalatasaray”da ciddi itki
25.11.2024 , 20:30
“Qalatasaray” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Kaan Ayhan sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Super Liqanın 13-cü turunun “Bodrum”la matçında (1:0) ayaq əzələsindən zədə alıb.
30 yaşlı oyunçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq.