“Qalatasaray”da ciddi itki
13.11.2024 , 17:40

“Qalatasaray” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi İsmail Yakobs sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Samsunspor”la matçıda ayağından zədələnən 25 yaşlı sol cinah müdafiəçisi 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
