Madrid "Real"ına acı məğlubiyyətdən sonra "Qalatasaray"da yeni gərginlik ortaya çıxıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın iki ulduz futbolçusu, Uesli Sneyder və Burak Yılmazın mübahisə etdikləri və 20 gündür bir – birləri ilə danışmadıqları deyilir.
Hər şey Burakın hollandiyalı ulduzu ona bilərək pas verməməkdə ittiham etməsilə başlayıb.