“Qalatasaray”ın sol cinah müdafiəçisi Aleks Telles yeni sezonda Portuqaliya çempionatında forma geyəcək.
Korner.az-ın məlumatına görə, “Portu” klubu Telles üçün türk təmsilçisinə 6,5 milyon avro ödəyib.
Qeyd edək ki, Telles ötən mövsümü İtaliya “İnter”inin heyətində icarə əsasında keçirib. “Cim bom” futbolçunu “Qremio”dan 6 milyon 150 min avroya transfer etmişdi. Telles “Portu”dan başqa bir kluba keçəcəyi halda isə “Qalatasaray” bu keçiddən 10% pay götürəcək.
