“Qalatasaray”da ayrılıq – Rəsmi
05.01.2026 , 19:55
“Qalatasaray” klubunda ayrılıq yaşanıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi Berkan Kutlu ilə əməkdaşlığı dayandırıb.
Buu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatmalı olan müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilib. Türkiyə millisində çıxış etmiş 27 yaşlı futbolçunun karyerasını “Konyaspor”da davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Berkan Kutlu 2021-ci ilin yayında “Alanyaspor”dan “Qalatasaray”a transfer olunmuşdu və bu keçid klub büdcəsinə 4 milyon avroya başa gəlmişdi.