“Qalatasaray”da ayrılıq qərarı
07.01.2025 , 13:58
Viktor Nelssonun “Qalatasaray”dakı 3 il yarımlıq müddəti başa çatmaq üzrədir.
Korner.az xəbər verir ki, bu mövsüm ilk 11-liyə düşə bilməyən danimarkalı müdafiəçi komandadan ayrılmaq qərarı verib.
Rəhbərliyin müqavilə uzatma təklifini rədd edən Nelsson məşqçisi Okan Burukla da görüşərək getmək istədiyini bildirib.
Futbolçunun qərarına hörmətlə yanaşan Buruk onun yerinə oyunçu axtarmağa başlayıb.
İstanbul klubu müdafiəçisi üçün 10 milyon avro tələb edir.
“Sabah”da çıxan xəbərə görə, 26 yaşlı futbolçu Çempionşip komandasından təklif gözləyir
Viktor Nelssonun yerinə ilk namizəd kimi Milan Skrinyarı seçən “Qalatasaray” PSJ-yə icarə təklifi edib və slovakiyalı müdafiəçi üçün 3 milyon avro büdcə ayırıb. Skrinyarın qərarı gözlənilir.