“Qalatasaray”da ayrılıq
19.01.2024 , 15:27

“Qalatasaray” Kristian Luyindama ilə müqaviləyə xitam verib.
Korner.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Futbol Federasiyasının informasiya sistemində qeyd olunub.
58-i Super Liqa olmaqla ümumilikdə 79 matçda “Qalatasaray”da forma geyinən Luyindama bu matçlarda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
