“Qalatasaray”da 5 illik müqavilə
02.11.2019 , 15:26

“Qalatasaray” gənc futbolçusu Yunus Akgünün müqaviləsini yeniləyib.
Korner.az xəbər verir ki, 19 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi 16 yaşlı futbolçu Emin Bayramla da peşəkar müqavilə bağlamağa qərar verib. Onunla müqavilənin müddəti isə 2021/22 mövsümünün sonuna qədərdi.
