Türkiyənin “Qalatasaray” klubunda qənaət tədbirləri çərçivəsində 32 nəfər işdən azad edilib.
Korner.az xəbər verir ki, klubdan verilən rəsmi açıqlamada bildirilir:
“Davam edən qənaət tədbirləri çərçivəsində şirkətimizin personal sayı 226-dan 192-ə endirilib”.
“Qalatasaray”ın rəhbəri Duyğun Yarsuvat keçən həftə təşkil edilən toplantıda personalın azaldılması məsələsinə də toxunmuşdu:
“Vicdanımız sızlayır. Yaxşı bir iş etmirik, amma məcburuq. Əks halda klub əldən çıxar. Bunu istəməyərək, kədərlənərək edirik”, deyə bildirmişdi.
