“Qalatasaray”a uduzdular, baş məşqçini göndərdilər
19.04.2023 , 18:33

“Alanyaspor” baş məşqçisi Ersun Yanal ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Buna komandanın Super Liqanın 30-cu turunda “Qalatasaray” 1:4 hesabı ilə məğlub olmasıdır.
Qeyd edək ki, Ersun Yanal fevral ayından “Alanyaspor”a rəhbərlik edirdi. Onun rəhbərliyi ilə komandada 6 oyuna 1 heç-heçə, 1 qələbə və 4 məğlubiyyət qeydə alınıb.
