“Qalatasaray”a şad xəbər
13.11.2018 , 17:40

“Qalatasaray”ın üç zədəli futbolçusu sıraya qayıdıb
Yuto Naqatomo, Ərən Dərdiyok və Fernando zədəsini sağaldıb.
Digər zədəli futbolçu Əmrə Akbaba isə 1 aydan sonra komanda ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, hər üç futbolçunun noyabrın 23-də Superliqanın 13-cu turunda “Konyaspor”la keçiriləcək oyuna qədər tam hazır olacağı gözlənilir.
