Dünən dünya çempionatının təsnifat mərhləsi çərçivəsində keçirilən Rumıniya – Türkiyə oyununda Selçuk İnan ciddi zədə alıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu oyuna davam etsə də, oyundan sonra həkimlərin müşaiyəti ilə xəstəxanaya yollanıb.
Selçukun “Qalatasaray”ın cümə günü “Antalyaspor”la oynayacağı oyunu buraxacağı gözlənilir.
