Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Kluj" – "Qalatasaray" oyununun satılması haqda fikirlər bildirən sport.ro saytının redaktorlarından olan Emanuel Roşu “twitter”də yazdığı məlumatlarda bu iddianı ortaya atıb.
Korner.az-ın məlumatına görə, hətta bu oyunun satılmasında "Kluj"un futbolçusu Kadunun da, adını hallandırıb.
Futbolçunun özü isə Portuqaliya mətbuatına verdiyi açıqlamada bu xəbərləri yalanlayıb:
"Bu xəbər dəli bir nəfərin tərəfindən yaradılmış gözəl bir filimdi. Açığı yazılanları eşitdik də, təəccüblənmədim. Bu Rumıniya mətbuatında normal bir şeydi. Bu qazeti məhkəməyə verəcəm".
