“Qalatasaray”a Konya səfəri öncəsi zərbə – OSİMHEN GƏLMİR
20.02.2026 , 17:59
Türkiyə Super Liqasının 23-cü turunda “Qalatasaray” səfərdə “Konyaspor”la qarşılaşacaq.
Korner.az Türkiyə mediasına istinadən xəbər verir ki, sağ dizində narahatlıq hiss edən Viktor Osimhen riskə getməyib və oyunun iştirak ərizəsinə salınmayıb.
Beləliklə, “sarı-qırmızılılar” Konya səfərinə vacib itki ilə yollanır. Komandanın əsas hücum güclərindən olan nigeriyalı forvardın yoxluğu start heyəti seçimində dəyişiklik yarada bilər.
“Konyaspor” “Qalatasaray” görüşü sabah saat 21:00-da start götürəcək.