“Qalatasaray”a futbolçudan “yox” cavabı
24.05.2023 , 12:49

Yeni mövsümə hazırlaşan “Qalatasaray” transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, “sarı-qırmızılar” bu dəfə “Leççe”dən Morten Hyulmandı heyətinə cəlb etmək istəyir.
İtaliya mətbuatında yer alan xəbərə görə, futbolçunun Türkiyə klubuna keçmək fikri olmadığı vurğulanıb.
23 yaşlı yarımmüdafiəçi ilə Dortmund “Borussiya”sı, “Vest Hem”, “Nyukasl”, “Brayton”, “Tottenhem”, “Everton”, “Atletiko Madrid”, “Sevilya”, “Xetafe”, “Valensiya” və “Vilyarreal” kimi klubların maraqlandığı bildirilir.
A Seriyasında çıxış edən “Leççe”də 33 oyun keçirən danimarkalı futbolçu 4 məhsuldar ötürmə edib.
