“Qalatasaray”ın futbolçusu Uesli Sneyder zədələnib.
Korner.az-ın məlumatına görə, bu haqda “Voetbal İnternational” nəşri yazıb.
Hollandiyalı futbolçu “Fənərbaxça” ilə dünən keçirilən kubokun final görüşündə (1:0) zədə alıb.
Fasilədən sonra əvəzlənən 31 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Lakin onun yoldaşlıq görüşlərində Hollandiya millisinə kömək edə bilməyəcəyi dəqiqləşib.
