“Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Arsenal”la bugünkü oyun öncəsi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Səlçuk İnan özünü pis hiss etdiyi üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, “Arsenal” – “Qalatasaray” görüşü bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
