Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində dünən "Real"la oyunda möhtəşəm qələbə qazanan "Qalatasaray" bu gün 4 futbolçusundan bəd xəbər aldı.
Korner.az-ın məlumatına görə, Madrid klubu ilə oyunda zədələnən lakin oyunu davam etdirən Didye Droqba, Hamit Altıntop, Sabri Saroğlu və Emanuel Ebue bu gün həkim müayinəsindən keçdi. Müayinəsi hələ də, davam edən futbolçuların qarşıdakı turda, "Karabükspor"la oyunda meydana çıxıb-çıxmayacaqları sual altındadı.
Xatırladaq ki, "Mersin İdman Yurdu" ilə oyunda qırmızı kart görən Dani Karabük səfərində "Cim-Bom"a kömək edə bilməyəcək.
