“Qalatasaray” Zaniolo üçün əvəzləyici tapdı
07.06.2023 , 11:31

Nikolo Zaniolo “Qalatasaray”dan ayrıla bilər.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərə görə, müqaviləsində sərbəst qalma haqqı 35 milyon olan italyan ulduz üçün “Qalatasaray” 25 milyon avronu keçəcək təklifləri dəyərləndirməyə qərar verib.
23 yaşlı hücumçu satılsa, klub əvəzedici olaraq “Çelsi”nin futbolçusu Hakim Ziyeçi gündəmə gətirəcək.
Ziyeç ötən mövsüm “Çelsi”də istədiyini əldə edə bilməyib. Bu səbəbdən o, klubdan ayrılmağı fikirləşir.
Mina Musayeva
