“Qalatasaray” Zaha üçün əvəzləyici tapdı
13.08.2024 , 22:06
Vilfrid Zahanı “Lester Siti”yə göndərməyə hazırlaşan “Qalatasaray” onun yerini doldurmaq üçün işlərini sürətləndirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi qısa zamanda “Sassuolo”da çıxış edən Armand Lauryente üçün təklif göndərməyi planlaşdırır.
İtaliya klubu fransalı vinger üçün 20 milyon avro transfer haqqı tələb edir.
Lauryentenin xidmətində “Qalatasaray”la yanaşı, “Yuventus”, “Roma” və “Marsel” maraqlıdı.
İtaliya klubunda 69 matça çıxan 25 yaşlı futbolçu 13 qol vurub, 12 məhsuldar ötürmə edib.
Mina Musayeva