“Qalatasaray” “Yuventus”la yenidən oynamaq istəyir – ƏSAS ŞƏRT MƏLUM OLDU
27.02.2026 , 23:26
“Qalatasaray” pley-offda mübarizədən kənarlaşdırdığı “Yuventus”la yenidən üz-üzə gəlmək istəyir.
Korner.az xəbər verir ki, İtaliya klubu avqustun 2-si İstanbulda keçiriləcək yoldaşlıq görüşünə dəvət olunub.
Matçın reallaşması üçün əsas şərt “Qalatasaray” mövsümü çempion kimi başa vurmasıdır.
Klub rəhbərliyi bu oyunu həm mümkün çempionluğu qeyd etmək, həm də beynəlxalq əlaqələri gücləndirmək üçün planlaşdırır.